Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Zaqatalada minik avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR
hadisə

Zaqatalada minik avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR

19-06-2026 11:00 20 Baxış
IMG

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az xəbər verir ki, qəza Şəki-Yevlax-Zaqatala-Gürcüstan magistral avtomobil yolunun 132-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, saat 22:00-da 08-BK-753 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 99-XD-407 dövlət qeydiyyat nişanlı "Opel" markalı maşın toqquşub.

 

Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.