Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Salyanda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
hadisə

Salyanda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

22-06-2026 14:00 25 Baxış
IMG

Salyanda avtomobillər toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "Mercedes" markalı iki avtomobil toqquşub. Qəza nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Həsənov Səbuhi Məmməd oğlu, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Eminova Könül Valeh qızı, 1964-cü il təvəllüdlü Məmmədova Sevil Əliağa qızı, 1965-ci il təvəllüdlü Abdulova Gülxar Babaş qızı və 1988-ci il təvəllüdlü Mehdiyeva Elnarə Abyar qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.