"Zirə"nin futbolçusu Rövlan Muradov klubdan ayrılıb.
Tvit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, yarımmüdafiəçi ötən ilin yayında "Zirə"yə transfer olunmuşdu.