Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda şagirdlərin sayı açıqlandı
sosial

Azərbaycanda şagirdlərin sayı açıqlandı

25-06-2026 16:00 23 Baxış
IMG

Bu tədris ilində ölkədə 107 mindən çox uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alıb.

"Tvit.az" xəbər verir ki, bu Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.

Qeyd olunub ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə 131 396 uşaq birinci sinfi bitirib. 2025-2026-cı tədris ilində 86 432 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını bitirib

Eyni zamanda vurğulanıb ki, ölkədə 3946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən, şagird sayı isə 1 600 000-dən çox olub.