Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sabirabadda iki minik avtomobili toqquşdu: Ölən və xəsarət alanlar var
hadisə

Sabirabadda iki minik avtomobili toqquşdu: Ölən və xəsarət alanlar var

25-06-2026 18:00 12 Baxış
IMG

Sabirabadda iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

 

Tvit.az xəbər verir ki, hadisə Qarağac kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Sabirabad sakini, 1975-ci il təvəllüdlü Bəyanət İbadovun idarə etdiyi VAZ-2107 markalı, 77-TB-187 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1998-ci il təvəllüdlü Rəvanə Nəsirlinin idarə etdiyi "Nissan" markalı, 77-CB-690 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Sabirabad sakini Arif Paşayev, həmçinin "Nissan"ın sürücüsü Rəvanə Nəsirli, onun 2016-cı il təvəllüdlü övladı və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.