Britaniya Kolumbiyasında batmış gəmidən altı nəfərin tapılması üçün xilasetmə əməliyyatı davam edir.
Tvit.az xəbər verir ki, bu barədə CTV məlumat yayıb.
Məlumata əsasən, hadisə bazar günü baş verib. Gəmidə 10 nəfər olub, dörd nəfər xilas edilib, qalanlarının axtarışı isə davam edir. Axtarış əməliyyatına Kanada Hərbi Hava Qüvvələrinin helikopterləri və təyyarələri də cəlb olunub.
Gəzinti gəmisinin qəzaya uğramasının səbəbləri araşdırılır.
Aysel Şirinova