Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm
siyasət

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

29-06-2026 13:00 26 Baxış
IMG

Azərbaycan Türk dünyasında söz sahibidir.

 

Tvit.az APA-ya istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

 

Tokayev qeyd edib ki, Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir:

 

"Buna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.

 

Qazaxıstan lideri qeyd edib ki, yaxın illərdə Türküstan şəhərində Türk Sivilizasiyası Mərkəzi inşa olunacaq:

 

“Bu günlərdə qardaş dövlətlərin rəhbərləri ilə birlikdə həmin unikal mərkəzin təməlqoyma mərasimində iştirak etdik. İnanıram ki, bu təşəbbüs qardaş xalqların tarixi və mədəni irsinin qorunması və möhkəmləndirilməsinə yeni təkan verəcək”, – Tokayev vurğulayıb.