Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakı-Qazax yolunda qəza: Bir nəfər xəsarət aldı
hadisə

Bakı-Qazax yolunda qəza: Bir nəfər xəsarət aldı

29-06-2026 17:00 19 Baxış
IMG

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-a Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 14:07-də Bakı-Qazax yolunun 1-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, sürücü Ramal Anar oğlu Abbasov idarə etdiyi KIA markalı 77-GR-686 dövlət nömrə nişanlı avtomobilə nəzarəti itirib, nəticədə qəza baş verib.

 

Hadisə nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.