Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ağcabədidə 6 kq narkotik vasitə aşkarlandı - VİDEO
hadisə

Ağcabədidə 6 kq narkotik vasitə aşkarlandı - VİDEO

30-06-2026 14:00 12 Baxış
IMG

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mahir Məhərrəmov saxlanılıb.

"Tvit.az" xəbər verir ki, ondan 2 kiloqram heroin və 4 kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə M.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.