Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bəzi yerlərdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
sosial

Bəzi yerlərdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

08-07-2026 11:00 23 Baxış
IMG

İyulun 8-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.

 

Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

 

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 m/s-yə çatır.