Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan builki UEFA əmsallar cədvəlinə başçılıq edir
idman

Azərbaycan builki UEFA əmsallar cədvəlinə başçılıq edir

10-07-2026 10:00 17 Baxış
IMG

Azərbaycan bu həftə UEFA əmsallar cədvəlində 0.750 xal toplayıb və builki reytinqə başçılıq edir.

 

Tvit.az xəbər verir ki, "Sabah" və "Zirə"nin qələbə estafetini "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində davam etdirib. Belə ki, ağdamlılar Bakıda baş tutan ilk oyunda İslandiya təmsilçisi "Vestri"ni 3 cavabsız qolla məğlub edib.

 

"Köhlən atlar"in qələbəsi sayəsində ölkənin balansına daha 0.250 xal əlavə olunub.

 

Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0), "Zirə" isə UEFA Konfrans Liqasının eyni mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" klubunu (3:0) məğlub ediblər. Hər iki komanda ölkənin aktivinə 0.250 xal yazdırıb.

 

Bildirək ki, təsnifat mərhələsində qələbəyə görə əmsallar cədvəlində bir xal, heç-heçəyə görə isə yarım xal verilir, toplanan xallar avrokuboklarda iştirak edən klubların sayına bölünür. Beləliklə, ölkəmizin ilk oyunlardan sonra topladığı üç xal dördə bölünüb və 0.750 xal aktivimizə əlavə olunub.

 

Ümumi reytinqdə son 5 mövsümün nəticəsi toplandığı üçün hazırda Azərbaycan 19.312 xalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdə olan İsrailin aktivində 20.750 xal, 27-ci yerdə qərarlaşan Slovakiyanın isə 18.250 xal var.

 

Xatırladaq ki, UEFA əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.