Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Tanınmış jurnalist direktor təyin edildi
sosial

Tanınmış jurnalist direktor təyin edildi

10-07-2026 12:00 13 Baxış
IMG

"Təhsil TV"nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.

 

Tvit.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə "Space" Müstəqil Teleradio Şirkətində, "İnterfaks-Azərbaycan" informasiya agentliyində, "ATV International" telekanalında, "Yurd TV"də müxtəlif vəzifələrdə çalışıb.

 

Bəhruz Nəzərov, həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda, "Oil and Industry" jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

 

Bəhruz Nəzərov 2012-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalına layiq görülüb.