Yəmənin Ansar Allah hərəkatından olan Husi üsyançıları Marib əyalətində Səudiyyə dəstəkli hərbi qüvvələrin düşərgəsinə raket və dronlarla hücum etdilər.
Tvit.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yahya Saria bildirib.
"Sahn əl-Cin düşərgəsindəki qoşun toplanmaları, anbarlar, avadanlıq və hərbi avadanlıqlara düşmən qüvvələrinin hərəkətləri diqqətlə müşahidə edildikdən sonra, çoxlu sayda raket və dronlardan istifadə edilərək dəqiq zərbə həyata keçirildi," - deyə bildirilib.
Qeyd edək ki, Səudiyyə televiziyası Al Arabiya Yəmən hərbi mənbələrinə istinad edərək Husilərin Maribin yaşayış yerlərini atəşə tutduğunu və daxili köçkünlər üçün düşərgəyə raket hücumu etdiyini, nəticədə bir neçə nəfərin yaralandığını xəbər verib.
Bundan əlavə Yəmən ordusunun hava müdafiə qüvvələri üsyançıların Maribəyə atdığı pilotsuz uçuş aparatını vurub. Cavab zərbəsi olaraq, 7 avqust Husilər də şəhərə ballistik raketlər və dronlardan istifadə edərək hücum ediblər. Hökumət qüvvələrinin birgə əməliyyat komandanlığına görə, Marib və Hadramaut vilayətlərində ordu mövqelərinə hücumlar nəticəsində 17 əsgər həlak olub, bir neçəsi yaralanıb.
Aysel Şirinova