Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ-ın Strateji Neft Ehtiyatları ilk dəfə 300 milyon bareldən aşağı düşdü
dünya

ABŞ-ın Strateji Neft Ehtiyatları ilk dəfə 300 milyon bareldən aşağı düşdü

10-08-2026 23:00 20 Baxış
IMG

ABŞ-ın Strateji Neft Ehtiyatları (SPR) 1983-cü ildən bəri ilk dəfə 300 milyon bareldən aşağı düşüb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, ehtiyatlar ötən həftə 6,1 milyon barel azalaraq 298,7 milyon barel olub.

 

SPR-ın ümumi tutumu 713,5 milyon bareldir, lakin COVID-19 və Rusiya-Ukrayna müharibəsi dövründə böyük satışlar fonunda ehtiyatlar kəskin azalıb. İranla müharibə ərəfəsində isə bu göstərici təxminən 415 milyon barel idi.

 

İranın Hörmüz boğazını bağlamasından sonra ABŞ Beynəlxalq Enerji Agentliyi ilə razılaşma çərçivəsində 2026-cı ildə 172 milyon barel neftin buraxılmasına qərar verib.

 

Nazirlik rəsmilərinə görə, SPR üçün əməliyyat baxımından minimum hədd 70 milyon bareldir və bu səviyyədən aşağı eniş strateji ehtiyatların fəaliyyətinə risk yarada bilər.

 

Aysel Şirinova