Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər "YouTube"da hələ də həlli olmayan problem aşkarlanıb
digər

"YouTube"da hələ də həlli olmayan problem aşkarlanıb

10-08-2026 23:00 18 Baxış
IMG

"YouTube"un Android tətbiqində istifadəçiləri narahat edən yeni problem aşkarlanıb. 

 

Tvit.az xəbər verir ki, bir çox istifadəçi əvvəllər dayandırdığı videoların bir neçə saat sonra tətbiq yenidən açıldıqda avtomatik olaraq oynamağa başladığını bildirir.

 

Məlumatlara görə, tətbiq qısa müddət sonra açıldıqda problem yaranmır, lakin uzun fasilədən sonra dayandırılmış videoların avtomatik başlaması müşahidə olunur.

 

İstifadəçilər bildirirlər ki, bu funksiyanı deaktiv etmək üçün hazırda heç bir seçim yoxdur. Xüsusilə gecə video və ya podkast dinləyərək yatan istifadəçilər səhər tətbiqi açdıqda məzmunun qəfil və yüksək səslə başlamasından narazıdırlar.

 

Aysel Şirinova