Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Alimlər xəbərdarlıq etdilər: 12 avqustda maqnit qasırğası baş verəcək
sosial

Alimlər xəbərdarlıq etdilər: 12 avqustda maqnit qasırğası baş verəcək

11-08-2026 15:00 14 Baxış
IMG

Avqustun 12-də planetimizdə G1 səviyyəsində geomaqnit qasırğası gözlənilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi internet səhifəsində məlumat dərc edilib.


Bildirilir ki, Günəşdəki fəallıq Bakı vaxtı ilə saat 10:00-dan 13:00-a qədər təxminən üç saat müddətində müşahidə ediləcək. Ardından geomaqnit təsirləri zəifləməyə başlayacaq.

 

Növbəti gün, yəni avqustun 13-də isə maqnit qasırğaları və geomaqnit dalğalanmaları ehtimalı 55 faiz təşkil edəcək.

 

Qeyd edək ki, bir müddət əvvəl 2026-cı ilin 10-16 avqust tarixləri üçün maqnit qasırğası proqnozu dərc edilmişdi. Mütəxəssislərin sözlərinə görə, Günəşdə hazırda sükunət dövrü, yəni "qış" başlanıb. Alimlər bu səbəbdən cari həftə ərzində heç bir maqnit qasırğasının qeydə alınmayacağını vurğulayırdılar.