Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Gədəbəy sakini Kürdə boğuldu - YENİLƏNİB (VİDEO)
hadisə

Gədəbəy sakini Kürdə boğuldu - YENİLƏNİB (VİDEO)

12-08-2026 20:00 9 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

"Tvit.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

*** 18:42

Mingəçevirdə Gədəbəy sakini su anbarında boğulub.

"Tvit.az" xəbər verir ki, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu Mingəçevir su anbarında çimərkən boğulub.

Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.