Ukrayna 100 milyon dollar dəyərində “Nebo-U” radiolokasiya stansiyasını məhv edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, avqustun 13-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyadakı və işğal olunmuş ərazilərdəki hərbi obyektlərə zərbələr endirib. Onların arasında Sevastopoldakı “Nebo-U” radiolokasiya stansiyası, anbarlar və dronların idarəetmə məntəqəsi də olub. Stansiyanın vurulması Rusiya qoşunlarının hava məkanına nəzarət etmək və hava hədəflərini vaxtında aşkar etmək imkanlarını zəiflədir.
“Nebo-U” hava hədəflərini, o cümlədən təyyarələri, qanadlı və ballistik raketləri aşkar etmək və izləmək üçün nəzərdə tutulmuş, metr diapazonunda işləyən uzaqmənzilli üçkoordinatlı radiolokasiya stansiyasıdır.
Aysel Şirinova