Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya FT: Böyük Britaniya Afrika ölkələrinə birbaşa yardımı 40%-dən çox azaldacaq
dünya

FT: Böyük Britaniya Afrika ölkələrinə birbaşa yardımı 40%-dən çox azaldacaq

14-08-2026 17:00 20 Baxış
IMG

Böyük Britaniya Suriya da daxil olmaqla bir sıra Afrika ölkəsinə birbaşa iqtisadi yardımı 40%-dən çox azaldacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən,  Britaniya bu məqsədlər üçün ayırdığı vəsaiti ümumi milli gəlirin (ÜMM) 0,5%-dən 0,3%-ə endirəcək. 

 

London ötən il də vəsaitləri müdafiə və təhlükəsizliyin gücləndirilməsinə yönəltmək üçün oxşar qərar qəbul edib. Nəşrin məlumatına görə, ümumilikdə, Afrika və digər ölkələrdəki proqramlara ayrılan Britaniya yardımının həcmi 43% azaldılacaq - 2024-2025 maliyyə ilində (31 martda başa çatan) 3,14 milyard funt sterlinqdən (4,24 milyard dollar) 2028-2029-cu illərdə 1,79 milyard funt sterlinqə (2,42 milyard dollar) qədər.

 

Ən çox təsirlənən Afrika ölkələri Syerra-Leone (83%), Somali (49%) və Cənubi Sudan (46%) olacaq. Suriyaya yardım 55%, Əfqanıstana isə 39% azalacaq.

 

Aysel Şirinova