Fransada veb saytların infrastrukturunda geniş istifadə olunan PHP proqramlaşdırma dilində aşkar edilən təhlükəsizlik boşluqları səbəbindən prefektura veb saytları müvəqqəti olaraq bağlanıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bəyanatda qeyd olunur ki, bu, bir neçə saat əvvəl ümumi istifadə olunan proqramlaşdırma dilində elan edilən kritik təhlükəsizlik zəifliyindən sonra baş verib və buna görə də qubernatorluqların veb saytlarına müvəqqəti olaraq giriş mümkün olmayıb.
Elmin Alışov