Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes "7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
şou-biznes

"7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"

23-10-2026 14:00 18 Baxış
IMG

Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib.

 


Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:
 

“Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eşq acısı çəkdim. 7 ay elə idim.

 

Dostlarım deyir ki, bütün günü evdə yeyib-içirdin, necə eşq acısı yaşadın? Dedim, elə odur da. Olsaydı, restorana aparardı. Olmadığına görə evdə yeyib-içirəm. Axırım 60 kiloqram olmuşdu. Deməli, mən eşqsizlikdən kökəlirəm.

 

Solmaz dolma bişirir, yeyirsən. Adamın həyatında kimsə olanda özünü qoruyursan, restorana aparır, pendirdən-zaddan yeyirsən. Guya, alicənabsan. Evə gələn kimi iki yumurta yeyirəm. Yəqin ki, o da eşitdi, bildi indi bunları”.