Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.
Tvit.az-ın məlumatına görə, Bakı İdman Sarayında "Neftçi" və "Sabah" komandaları üz-üzə gəliblər.
Qarşılaşma "ağ-qaralar"ın 79:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.