"Bir neçə istiqamət kontekstində martda Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb. Azərbaycanın Ermənistan tərəfindən bəlli bir legitim gözləntiləri var. Həmin gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların Ermənistan Konstitusiyasından çıxarılması, o cümlədən uzun illər tamamilə iflic bir vəziyyətdə olan və münaqişənin tamamlanması ilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir".
"Tvit.az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Bu istiqamətdə prosesləri izləyirik, təmaslar var. Ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir.
"Bildiyimiz kimi delimitasiya üzrə iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə komissiyalar mövcuddur. İşlər davam edir və düşünürəm ki, orada təmaslar olacaq. Digər istiqamət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik".