Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
siyasət

Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi

12-05-2025 15:00 72 Baxış
IMG

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiqlənib.

"Tvit.az" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanunu imzalayıb.

Qeyd edək ki, 2025-ci il fevralın 12-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanıb.