Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
hadisə

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

14-05-2025 09:00 51 Baxış
IMG

Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Tvit.az lent.az-a istinadla xəbər verir ki, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir.

 

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb.

 

Faktla bağlı araşdırma aparılır.