Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan Qazaxıstanla dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini müzakirə edib
siyasət

Azərbaycan Qazaxıstanla dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini müzakirə edib

14-05-2025 17:00 30 Baxış
IMG

Azərbaycan və Qazaxıstan arasında ekoloji təmiz və dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi və ətraf mühit tələblərinə uyğun kredit proqramları müzakirə edilib.

 

Tvit.az bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, ABA-nın dəstəyi ilə yerli bankların kənd təsərrüfatı kreditləşməsi üzrə rəhbər şəxslərinin Qazaxıstana səfəri təşkil edilib. Səfər çərçivəsində kənd təsərrüfatı kreditləri üçün yeni məhsullar, kənd təsərrüfatına verilən dövlət dəstəkli kreditlər: zəmanət və subsidiyalar mexanizmləri, onlayn bankçılıqda kənd təsərrüfatı kreditləri, kənd təsərrüfatı rəqəmsal kredit müraciət platformaları və onlayn müraciət prosedurları, rəqəmsal həllər və innovativ meylləri, aqrar sığortanın bu mexanizmdəki rolu, kənd təsərrüfatı kreditləşdirmə prosesində müştəri meyarları, təhlil yanaşmaları, underraytinq, rəqəmsal həllər, innovativ meyllər və kənd təsərrüfatı kreditləşməsində kredit risklərinin idarə olunmasına korporativ yanaşma müzakirə edilib.

 

Görüşlər çərçivəsində Azərbaycan bankları “DAMU - Sahibkarlığın İnkişafı Fondu" ASC, "Bereke Bank" və "Bank CenterCredit" (BCC) kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış olub.