Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ordubadda qaya uçqunu baş verib
hadisə

Ordubadda qaya uçqunu baş verib

20-05-2025 14:00 21 Baxış
IMG

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib.

"Tvit.az" xəbər verir ki, qaya uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayanıb.

Hadisə ilə əlaqədar dərhal əraziyə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin əməkdaşları cəlb olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin edilib.