Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çıxış edən ulduz futbolçu Kriştiano Ronaldo Millətlər Liqasının oyunları üçün Portuqaliya yığmasının heyətinə çağırılıb.
Tvit.az xəbər verir ki, 40 yaşlı hücumçu yarımfinalda Almaniya millisinə qarşı keçiriləcək görüşlərdə meydana çıxa bilər.
Qeyd edək ki, Almaniya və Portuqaliya seçmələri arasında yarımfinalın ilk matçı iyunun 4-də, "Alyans Arena"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.