Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanılıb
hadisə

Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanılıb

20-05-2025 22:00 15 Baxış
IMG

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Tvit.az-a a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, hadisə mayın 17-də baş verib.