Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman AFFA "Zirə" və "Şamaxı"nı cəzalandırdı
idman

AFFA "Zirə" və "Şamaxı"nı cəzalandırdı

21-05-2025 14:00 22 Baxış
IMG

AFFA Misli Premyer Liqasında çıxış edən "Zirə" və "Şamaxı"nı cəzalandırıb.

"Tvit.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

XXXV turun “Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə ev sahibi klub 800 manat cərimələnib.

“Şamaxı” – “Araz-Naxçıvan” oyununda isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.