Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Millimiz dünya çempionatına heç-heçə ilə başladı
idman

Millimiz dünya çempionatına heç-heçə ilə başladı

21-05-2025 22:00 21 Baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında ilk oyununa çıxıb.

 

Tvit.az xəbər verir ki, A qrupunda yer alan Elşad Quliyevin komandası Bəhreynlə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.

 

Azərbaycan seçməsi növbəti matçını mayın 23-də Slovakiya seçməsinə qarşı keçirəcək.