Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Lamin Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzadıb
idman

Lamin Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzadıb

27-05-2025 23:00 48 Baxış
IMG

İspaniyalı futbolçu 17 yaşlı Lamin Yamal “Barselona” futbol klubu ilə müqaviləsinin müddətini uzadıb.

 

Bu barədə Tvit.az komandanın mətbuat xidmətinə istinadən xəbər verir.

 

Qeyd olunub ki, müqavilənin müddəti 2031-ci ilə qədər davam edəcək.

 

Lamin Yamal 2023-cü ildən “Barselona”nın şərəfini qoruyur. Klubun tərkibində o, ikiqat İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunun və Superkubokunun qalibi olub. Bu mövsüm Yamal müxtəlif turnirlərdə 55 matçda “Barselona”nın heyətində 18 qol vurub.

 

İspaniya milli komandasının tərkibində Yamal 2024-cü il Avropa Çempionatının qalibi olub və turnirin ən yaxşı gənc oyunçusu kimi tanınıb.