Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
"Tvit.az" xəbər verir ki, qardaş ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə dərc olunan təbrik mesajında Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın sarsılmazlığı vurğulanıb. Ümummilli Lider Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamından sitat gətirilir.
Təbrik mesajı “Yaşasın dostluq, yaşasın qardaşlıq!” sözləri ilə bitir.