Azərbaycanın altı cüdoçusu iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatında seçilmişlər arasında olacaq.
"Tvit.az" xəbər verir ki, 73 kq çəki dərəcəsində iki idmançımız seçilmişlərdən olacaq.
Onlardan biri siyahının lideri Olimpiya çempionu Hidayət Heydərov, digəri isə altıncı olan Rəşid Məmmədəliyevdir.
Daha bir Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) də öz çəki dərəcəsində birincidir. Zelim Tçkayev (81 kq) reytinqdə beşinci, Elcan Hacıyev (90 kq) dördüncü, Uşangi Kokauri (+100 kq) isə altıncı seçilmiş idmançı olacaq.
Qeyd edək ki, yüksək reytinqə malik cüdoçular yarışa daha aşağı reytinqli rəqiblərlə qarşılaşma ilə başlayır və ya birbaşa ikinci mərhələdən mübarizəyə qoşulurlar.