Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Pyotr Makovski: "Ümid edirəm ki, növbəti yarışlarda da təşkilatçılıq Azərbaycandakı kimi olacaq"
idman

Pyotr Makovski: "Ümid edirəm ki, növbəti yarışlarda da təşkilatçılıq Azərbaycandakı kimi olacaq"

28-05-2025 21:00 41 Baxış
IMG

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Monteneqroya məğlub olaraq (0:1) mübarizəni dayandıran Polşa millisinin üzvü Pyotr Makovski yarışın təşkilatçılığını yüksək qiymətləndirib.

 

Tvit.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin oyunlarını xeyli sayda azarkeşin izlədiyini bildirib.

 

Futbolçu gözəl atmosfer yaradıldığı qənaətindədir:

 

"Dünya çempionatı çox yaxşı təşkil edilib. Düşünürəm ki, indiyə qədər ən yaxşı təşkilatçılıq Azərbaycanda oldu. Xüsusən də Azərbaycan yığmasının oyunlarını xeyli azarkeş izləyir. Gözəl atmosfer var. Ümid edirəm ki, növbəti yarışlarda da təşkilatçılıq Azərbaycandakı kimi olacaq".

 

Polşalı oyunçu Azərbaycan millisini favorit görür:

 

"Oyun çətin keçdi. Qələbə qazanmaq istəyirdik. Lakin Monteneqro 1 qol vurdu və növbəti mərhələyə vəsiqə qazandı. Fikrimcə, dünya çempionatının əsas favoriti Azərbaycan millisidir".