Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “ Traktor” baş məşqçisi ilə müqaviləni uzatdı
idman

“ Traktor” baş məşqçisi ilə müqaviləni uzatdı

28-05-2025 22:00 41 Baxış
IMG

Cari mövsüm İran çempionatının qalibi olan Təbrizin "Traktor" klubu baş məşqçisi Draqan Skoçiçlə müqavilə müddətini uzadıb.

 

Tvit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Xorvatiyalı mütəxəssislə yeni müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, D.Skoçiç Təbriz klubunu 2024-cü ildən çalışdırır.