Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanla ABŞ arasında iqtisadi-ticarət əlaqələri müzakirə olunub
siyasət

Azərbaycanla ABŞ arasında iqtisadi-ticarət əlaqələri müzakirə olunub

29-05-2025 20:00 41 Baxış
IMG

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

 

Bildirilib ki, tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərini müzakirə ediblər.

 

"Azərbaycanın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri, investisiya, enerji infrastruktur və sənaye sahələrində birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov yazıb.