Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan millisinin futbolçusu: Dünya çempionu olmağımıza son 2 oyun qalıb
idman

Azərbaycan millisinin futbolçusu: Dünya çempionu olmağımıza son 2 oyun qalıb

29-05-2025 23:00 32 Baxış
IMG

Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə minifutbol üzrə dünya çempionatında yarımfinala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.

 

Tvit.az-ın məlumatına görə, futbolçu bunu İngiltərə ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

 

"Ola bilər ki, həyəcandan hisslərimi doğru ifadə edə bilmərəm. Çox həyəcanlıyam. Allaha şükürlər olsun ki, möhtəşəm qələbə qazandıq. Bizə dəstə olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çox əziyyət çəkirik, inanıram ki, sonda bu, öz bəhrəsini verəcək. Dünya çempionu olmağımıza son 2 oyun qalıb. İnşallah, arzumuza çatacağıq".

 

Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.