Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Döyülən şəxs xəstəxanada öldü
hadisə

Döyülən şəxs xəstəxanada öldü

05-06-2025 20:00 36 Baxış
IMG

Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Tvit.az-a bildirilib.

 

İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma davam etdirilir.