Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Ronaldunun yaşıl meydanlara qayıdacağı vaxt bəlli oldu
idman

Ronaldunun yaşıl meydanlara qayıdacağı vaxt bəlli oldu

09-06-2025 09:00 19 Baxış
IMG

Millətlər Liqasının finalında İspaniyaya qarşı matçda zədələnən Portuqaliya milli komandasının üzvü Kriştianu Ronaldu zədəsi barədə danışıb.

Tvit.az offsideplus.az-a istinadla xəbər verir ki, 40 yaşlı ulduzun zədəsi bir müddətdir ki, var idi və hücumçu 2025-26 mövsümünə qədər formasını bərpa edəcək.

"Ağrım olsa da, bu, oynamağıma mane olmadı. Lakin narahat idim və əlimdən gələni etdim. Ayağım oyundan əvvəl incitməyə başladı. Qol vura bildim, topa toxunuşum yüngül idi. Tətilə yollanıb dincəlməyə çalışacam, növbəti mövsüm üçün yaxşılaşacam. Gələcəyim? Qısa müddət üçün düşünürəm. Zədəli idim və get-gedə pisləşirdi. Lakin milli komanda üçün özümü oynamağa məcbur etdim. Milli komanda üçün bunu etmək lazımdır".

Qeyd edək ki, Ronaldu İspaniyaya qarşı oyunun 61-ci dəqiqəsində qol vurub, 88-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.