Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
idman

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

17-06-2025 21:00 17 Baxış
IMG

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb.

 

Tvit.az xəbər verir ki, Elcan Hacıyev (90 kq) üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib.

 

Bununla da ikinci bürünc medal yığmanın aktivinə yazılıb. Ötən gün Zelim Tçkayev (81 kq) BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan Azərbaycanın daha bir cüdoçusu Vüqar Talıbov isə (90 kq) 1/32 finalda gürcüstanlı Luka Maysuradze uduzaraq yarışı mükafatsız başa vurub.