Naxçıvanda avtomobil velosipedçini vurub.
"Tvit.az" xəbər verir ki, hadisə Naxçıvan şəhər ərazisində qeydə alınıb.
Avtomobil yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Fəxrəddin Niftəliyevi vurub.
Velosipedçi Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.