Bakı şəhəri, Yasamal rayonu ərazisində məişət və təkər tullantıları yığılmış sahədə baş vermiş yanğın söndürülüb.
Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının genişlənməsinə imkan vermədən qısa müddətdə söndürüb.