Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Vilayət Eyvazov jurnalistlərə təşəkkür etdi
siyasət

Vilayət Eyvazov jurnalistlərə təşəkkür etdi

02-07-2025 13:00 42 Baxış
IMG

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 

"Tvit.az"ın məlumatına görə, mərasimdə çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib. 

Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkür ifadə olunub.