Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycanın basketbol millisi bu gün Çin yığması üz-üzə gələcək
idman

Azərbaycanın basketbol millisi bu gün Çin yığması üz-üzə gələcək

13-07-2025 11:00 33 Baxış
IMG

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Məlumata görə, yığma 1/4 finalda Çin seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 18:50-də start götürəcək.

Azərbaycan millisi daha əvvəl turnirdə "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib. Yığma ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11. Komanda əsas mərhələnin C qrupunda Ukrayna (21:20) və Sinqapura (22:10) da qalib gəlib.