Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Prezident monteneqrolu həmkarını təbrik etdi
siyasət

Prezident monteneqrolu həmkarını təbrik etdi

13-07-2025 11:00 41 Baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

"Tvit.az" xəbər verir ki, təbrikdə deyilir:

"Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız məmnunluq doğurur.

Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərməyə qoyuluşu və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da dinamik inkişaf edəcək və daha da dərinləşəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".