Mərkəzi Bank 833 min manatlıq tender elan edib
Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni tender elan edilib.
Tvit.az xəbər verir ki, tender məlumatların idarəedilməsi aləti və dəstəklənməsi xidmətinin satın alınması ilə bağlıdır.
Tenderin ilkin ehtimal olunan qiyməti 833 min 716 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 5 avqustdur.
Aysel Şirinova