Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Azərbaycanda qəribə hadisə: Atası "qadın" kimi qeyd olundu
hadisə

Azərbaycanda qəribə hadisə: Atası "qadın" kimi qeyd olundu

21-07-2025 21:00 31 Baxış
IMG

Ağcabədi sakini ötən il vəfat edən atasının adına olan həyətyanı sahəni və avtomobili öz adına keçirmək istəyərkən qəribə hadisə ilə üzləşib.

 

Tvit.az Modern.az-a istinadən xəbər verir ki, qeydiyyat şöbəsində ona bildirilib ki, doğum haqqında akt qeydində atasının adı, soyadı və cinsi səhv yazılıb.

 

Digər sənədlərdə (doğum haqqında şəhadətnamə, nikah şəhadətnaməsi və sair) vətəndaşın məlumatları doğru olsa da, doğum haqqında akt qeydində atasının soyadı "***ova", cinsi "qadın" qeyd edilib. Buna görə vətəndaş həyətyanı sahəni və avtomobili öz adına keçirə bilməyib.

 

Problemlə üzləşən vətəndaş Şirvan inzibati məhkəməsinə üz tutub. Məhkəmə vətəndaşın şikayətini haqlı hesab edib və doğum haqqında qeyddə atasının məlumatlarının düzəldilməsinə qərar verib.