Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes "Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
şou-biznes

"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO

22-07-2025 12:00 39 Baxış
IMG

"Bu şəhərdə"nin prodüseri mənə zəng etdi ki, sənin şərfindən Coşqunun xoşu gəlib, ver ona aparım. Həmin vaxta qədər biz bir-birimizi görməmişik. Cavab verdim ki, mağazadan gətiriblər, qaytardım. Amma lazımdırsa, gedib onu alıb hədiyyə verəcəyəm. Bir neçə gün sonra gəldi ki, Rafael deyir, gəlsin ofisimizə, çay içək". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, "Bu şəhərdə" üzvləri, Əməkdar artist Coşqun Rəhimov və Rafael İsgəndərovun onu parodiya etməsindən danışıb:

"Getdim ofislərinə, məni danışdırırlar. Rafael, Coşqun sual verir, diqqətlə baxırlar. Mənim də ağlıma heç nə gəlmir. Heydər Əliyev Sarayında konsert olanda dondum, şok yaşadım. Bilmirdim ki, məni parodiya edəcəklər. Arxada bir qadın oturub, necə gülür. Amma bu dərəcədə yox da... Döndüm dedim ki, nə olub? Bəsdir, boğulacaqsdan. Mənə psixoloji təsir göstərirdi. 5 dəqiqə sonra mən də insanlara qarışıb güldüm.

Xuraman Əlizadə ilə çox yaxın dost olmuşuq. Sən bunu mənə zəng ver de da, özümü hazırlayım. O belə məndən gizlədim".