Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycanın cüdo millisi EYOF-u 8 medalla tamamlayıb
idman

Azərbaycanın cüdo millisi EYOF-u 8 medalla tamamlayıb

25-07-2025 21:00 37 Baxış
IMG

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarını Azərbaycan millisi 8 medalla tamamlayıb.

 

Tvit.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, cüdoçulardan son olaraq Sübhan Axundov (+90 kq) fəxri kürsüyə yüksəlib.


O, üçüncü yer uğrunda görüşdə Çexiya təmsilçisi Meliçar Şkodaya vaza-ari xalı ilə qalib gələrək bürünc medala yiyələnib.

 

Azərbaycan millisi yekunda 3 qızıl, 2 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında Festivalın cüdo yarışlarının çempionu olub.

 

Qeyd edək ki, EYOF-2025-də daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş, Aysun Məmmədova (-52 kq) və Məhəmməd Ağakişiyev (-73 kq) bürünc medal qazanıb.